apar-gətirə salmaq

to make red tape / to make a fool of someone / to fool someone / double-cross someone / to lead someone a pretty dance водить за нос (устраивать волокиту)
ap-açıq (olduğu kimi, bütün çılpağı ilə)
aparıcı (əsas, hakim) sənaye sahəsi
OBASTAN VİKİ
Özünlə apar
Özünlə apar — Azərbaycan müğənniləri Fahree və İlkin Dövlətov tərəfindən 2024-cü ildə ifa edilmiş mahnı. Fahree də daxil olmaqla, mahnının yazılmasına altı müəllif iştirak etmişdir. Mahnı, 2024 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edir. "Özünlə apar" mahnısının musiqi və sözləri Fahree, Edqar Ravin, Həsən Haydər, Mila Miles və Mado Salikh tərəfindən yazılmışdır. Mahnının sözlərində həm ingilis, həm də Azərbaycan dilləri istifadə olunmuşdur ki, bu da onu, Azərbaycan dilində təqdim olunan ilk Avroviziya mahnısı edir. 7 mart 2024-cü ildə Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree tərəfindən təmsil olunacağı elan edilmişdir. Mahnı 15 mart 2024-cü ildə təqdim edilmiş, elə həmin gün mahnının səhnə performans videosu yarışmanın rəsmi YouTube kanalına yüklənmişdir. Növbəti gün mahnı qlobal strim-servislərdə təqdim olunmuşdur. Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində iştirakı İctimai TV tərəfindən 14 iyul 2023-cü ildə təsdiqlənmiş, 30 sentyabr 2023-cü ilə kimi isə iştirakçı mahnılar qəbul edilmişdir. Aralarında Fahree-nin də olduğu iştirakçının canlı dinləmələri 29 oktyabr 2023-cü ildə baş tutmuşdur.
Onu Yunan Teatrına apar
Onu Yunan Teatrına apar (ing. Get Him to the Greek) — Nikolas Stollerin rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan komediya filmi. Bu Stollerin 2008-ci ildə ekranlara çıxan "Sara Marşallı unutmaq" filminin spin-offudur. Stoller əvvəlki filmdə olduğu kimi bu filmdə də Cadd Apatou ilə birlikdə işləmişdir. Filmin baş rollarında Rassel Brend və Cona Hill çıxış edir. Film Los-Ancelesdə yerləşən Yunan Teatrında baş tutacaq konsertə məşhur rok ulduzu Aldous Snow-u gətirmək tapşırığı alan musiqi şirkəti işçisi Aaron Qrindən bəhs edir. Filmdə onlar səyahət zamanı yol boyu müxtəlif maneələr və gülməli bədbəxt hadisələrlə qarşılaşırlar. Onu Yunan Teatrına apar — Internet Movie Database saytında.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.